Cəmiyyət

Altı yaşlı Əsmanın sağlamlığına qovuşması üçün 500 manata ehtiyacı var – FOTO

Sharing is caring!


Altı yaşlı Əsma kəskin leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Günel Əmirova məlumat verib.

O bildirib ki, övladının dəstəyə ehtiyacı var.

“Əsmanın dörd yaşı olanda kəskin leykozdan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən etibarən də müalicələrinə başladıq. Müalicələrə Əsmanın orqanizmi müsbət cavab verdiyi üçün xəstəlik irəliləmir. Amma hazırda müalicələri davam etdirməyə maddi imkanımız yoxdur. Satmağa dəyərli əşyam da qalmayıb. Əsmanın müalicəsi üçün hazırda 500 manata ehtiyacımız var. Övladımın həyatının ən gözəl dövrləri xəstəxanalarda keçir. Çölə çıxmaq, yaşıdları ilə oynamaq üçün ağlayır, bizdən küsür. Yardımsevər insanlardan xahiş edirəm – bizə kömək edin”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb və valideynə ambulator müalicə üçün nəzərdə tutulan dərman vasitələrinin Xidmətlər Zərfində təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: (070) 553-95-66

Kart: 4098 5844 9701 0395

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir