Cəmiyyət

Maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxslə bağlı QƏRAR

Sharing is caring!


Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda quldurluqda təqsirləndirilən Həsən Bayramovun barəsindəki cinayət işi üzrə qərardan zərərçəkmişlər tərəfindən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, H.Bayramov Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə təqsirli bilinib.

İstintaq zamanı məlum olub ki, onun maska taxıb bıçaqla basqın etdiyi evlərdən üçü qadınlara məxsus olub. H.Bayramov ümumilikdə əvvəlcədən seçdiyi dörd mənzilə basqın edib.

Həmin mənzillərin hamısı Hökməli qəsəbəsində yerləşib. Araşdırma zamanı məlum olub ki, o özü də Hökməli qəsəbəsində yaşayır. Həsən Bayramov bıçaq və digər soyuq silahla təhdid edərək vətəndaşlardan pul, qızıl tələb edib.

Maraqlısı budur ki, saxlanılan şəxs oğurluq məqsədi ilə öz kəndində, bir müddət öncə girdiyi evə yenidən soxulmağa cəhd edib. Həsən Bayramov bütün bunları qəbul etdiyi içki və narkotik maddənin təsiri nəticəsində törətdiyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir