Cəmiyyət

Naxçıvanda şəhidlərin xatirəsinə bağ salınıb: Şəhidlər barədə məlumatlar QR kodla qeyd edilib – FOTO

Sharing is caring!


Naxçıvanın Şahbuz rayonunda şəhidlərimizin xatirəsinə QR kodlu bağ salmaq ənənəsi davam etdirilib.  

Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən məlumat verilib.

Şəhidlərin xatirəsinə salınan bağ Şahbuz Rayon Xəstəxanasının təşkilatçılığı ilə xəstəxananın həyətyanı sahəsində həyata keçirilib.

“Bir şəhid, bir çinar” başlıqlı ağacəkmə aksiyasında səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov da iştirak edib.

Şahbuz rayonun 35 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında məlumat lövhələri yerləşdirilib. Şəhidin şəkli, adı, ata adı və soyadı olan məlumat lövhələrinə QR kodlar da yerləşdirilib. Kod oxudulan zaman şəhid haqqında ətraflı məlumat almaq mümkündür. 

Qeyd edək ki, bu, Naxçıvanda ilk belə bağdır. 

Könül Cəfərli

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir