Cəmiyyət

Şuşadakı qəzada ölən Şahbaz İsayev müharibə iştirakçısı olub – FOTO

Sharing is caring!


Şuşa rayonunun Daşaltı kəndi ərazisində tikinti şirkəti əməkdaşlarının olduğu avtomobilin aşaraq yanması nəticəsində 5 nəfər həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, qəzaya uğrayan “Nissan Navara” markalı avtomobildə ölən şəxslərdən biri Vətən müharibəsi iştirakçısı olub. Şahbaz İsayev müharibəsən sonra Şuşanın, Xocavəndin, Füzulinin azad olunmasına görə medallarla təltif edilib.

Qeyd edək ki, hadisə gecə saatlarında işçilər ərazidən qayıdarkən baş verib.

Avtomobilin aşdıqdan sonra yanması nəticəsində Ş.İsayevlə yanaşı iş yoldaşları Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Eldəniz Həsənov və Hümbət Hümbətov hadisə yerində ölüblər. Sürücü Elvin Abbasov isə ağır xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir