Kriminal

Qadın adı ilə kişini söhbətə çağıraraq döydü, sonra ölkədən qaçdı

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən S.Mansırovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qeyd edilib ki, zərərçəkmiş B.Mikayılov öz apellyasiya şikayətindən imtina edib və baxılmasına xitam verilməsini istəyib. Qərara əsasən, apellyasiya şikayətinin baxılmasına xitam verilib.

Təqsirləndirilən şəxs barəsində 10 fevral 2021-ci il tarixdə seçilmiş axtarış və həbs qətimkan tədbiri qərarları ləğv edilib. İttihama görə, S.Mansırov əvvəllər “Instagram” sosial şəbəkəsində dostları arasında mesaj yazmaqla bağlı yaranmış virtual mübahisəyə aydınlıq gətirmək məqsədilə “Könül Aslanova” adlı səhifədən istifadə etməklə zərərçəkmiş B.Mikayılova yazıb. O, həmin şəxslə tanış olmaq məqsədilə onu 05 iyul 2020-ci il tarixdə, saat 23 radələrində Xətai rayonu ərazisində yerləşən hipermarketin qarşısına çağırıb. Daha sonra S.Mansırov B.Mikayılovu nalayiq sözlərlə təhqir edib, əl və ayaq zərbələri ilə vuraraq, ona bədən xəsarətləri yetirib.  O, eyni zamanda, zərərçəkmiş şəxsə məxsus mobil telefon aparatını təpiklə zərbə endirərək, ona 200 manat məbləğində maddi zərər vurub.

Xətai Rayon Məhkəməsinin hökmü ilə S.Mansırov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, hökmün cəza hissəsində dəyişdirilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olan ən sərt cəza təyin olunmasını xahiş edib. S.Mansırov məhkəmə çağırışlarına heç bir üzrlü səbəb olmadan gəlmədiyindən məhkəmənin 23 dekabr 2020-ci il tarixli qərarı ilə əvvəlcə onun barəsində məcburi gətirilməsi barədə qərar çıxarılıb. Lakin sonradan onun Azərbaycan ərazisini tərk etməsi müəyyən olunduqdan sonra məhkəmənin 10 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib və tapılıb həbs edilənədək verilmiş apellyasiya şikayəti üzrə cinayət işinin icraatı dayandırılıb.

Məhkəmə kollegiyası axtarışda olan təqsirləndirilən şəxsin törətdiyi cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid olduğunu və 2020-ci ildən Azərbaycan ərazisini tərk edib Ukrayna ərazisində gizləndiyini və 3 ilə yaxın müddət ərzində görülmüş tədbirlər nəticəsində onun yerini müəyyən etmək mümkün olmadığını nəzərə alaraq, cinayət işi üzrə icraat təzələnməli və onun müdafiəçisinin iştirakı ilə cinayət işinə mahiyyəti üzrə məhkəmə baxış iclasında baxılmaqla, iş üzrə yekun qərar qəbul edilib. Məhkəmə baxış iclasında zərərçəkmiş B.Mikayılov yazılı ərizə ilə məhkəməyə müraciət edərək, hazırda verdiyi apellyasiya şikayətindən imtina etdiyini və baxılmasına xitam verilməsini məhkəmədən xahiş edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir