Cəmiyyət

Yeni Yasamalda təhlükə saçan köhnə liftlə bağlı rəsmi AÇIQLAMA – FOTO/VİDEO

Sharing is caring!




“Bakının Yeni Yasamal rayonundakı Dadaş Bünyadzadə 8 ünvanında yerləşən binanın sözügedən lifti bizim balansımızda deyil”.

Bu açıqlama Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı “Lifttəmir” İstehsalat Birliyindən verilib.

Qeyd olunub ki, Dadaş Bünyadzadə 8 ünvanında yerləşən bina kooperativ bina olduğu üçün sözügedən lift qurumun balansında deyil. Bakı “Lifttəmir” İstehsalat Birliyi yalnız dövlət mənzil fonduna aid olan binalarda quraşdırılan liftlərə xidmət edir.

Xatırladaq ki, Bakının Yeni Yasamal rayonu Dadaş Bünyadzadə 8 ünvanında yaşayan sakinlər binalarındakı liftin təhlükəli vəziyyətdə olması ilə bağlı Oxu.Az-a şikayət ünvanlamışdılar.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir