Cəmiyyət

FHN əməkdaşları “Xarıbülbül” zirvəsinə yürüş ediblər – FOTO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşı 8 Noyabr – Zəfər Günü münasibətilə “Xarıbülbül” zirvəsinə yürüş ediblər.

Nazirlikdən verilən xəbərə görə, dəniz səviyyəsindən 2 783 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Xarıbülbül” zirvəsinə qalxan əməkdaşlar burada Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı dalğalandıraraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir