Cəmiyyət

Bakıda tikinti şirkəti təbiətə minlərlə manat ziyan vurub

Sharing is caring!


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ş.Abdullayev küçəsində tikinti aparılması məqsədilə hasara alınmış torpaq sahəsində 7 ağacın kəsildiyi və təbiətə 25 080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı hasara alınmış ərazidə tikinti işlərinin “Gold Star City” şirkəti tərəfindən aparıldığı məlum olub:

“Faktla bağlı akt tərtib edilib. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir