Cəmiyyət

Səhiyyə Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana təyin olunan səfiri ilə görüş keçirilib -FOTO

Sharing is caring!


Azərbaycan Səhiyyə Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirilib.

Bu barədə nazirliyin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, görüş tanışlıq və gələcək əməkdaşlığı müzakirə etmək, ümumi maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmaq məqsədini daşıyıb.

Nazir Teymur Musayev yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı tərəfdaşlığının inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının ortaq mədəni və dini köklərlə bağlı olduqlarını diqqətə çatdıran nazir, digər istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndiyini bildirib. Teymur Musayev ikitərəfli əlaqələrin möhkəmlənməsində yüksəksəviyyəli səfərlərin məxsusi rolunu vurğulayıb. Ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirən Teymur Musayev, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, səfir İssam bin Saleh əl-Cuteyli ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulub. Səfir qeyd edib ki, dost ölkələr arasında səhiyyə sahəsində qarşılıqlı münasibətlərin səmərəliliyini artırmaq üçün bütün zəruri imkanlar mövcuddur.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin, dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir