Siyasət

Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin SİYAHISI təsdiqləndi

Sharing is caring!


Prezident İlham Əliyev özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısını təsdiq edib.

President.az-ın xəbərinə görə, dövlət başçısının bununla bağlı imzaladığı 2023-cü il 31 avqust tarixli Sərəncama görə, aşağıdakı dövlət müəssisələrinə özəl investisiyalar cəlb oluna bilər:

1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti.

2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:

2.1. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti;

2.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.

3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti.

4. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan:

5.1. “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);

5.2. Karbamid zavodu;

5.3. Metanol zavodu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir