İdman

ÇL: “Qarabağ”ın potensial rəqiblərinin oyununda üç qol, “Fənərbaxça” Polşadan bərabərliklə dönür

Sharing is caring!

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Son oyun günündə daha beş matç oynanılıb.

“Qarabağ”ın növbəti raunddakı potensial rəqiblərindən olan “Ferentsvaroş” Macarıstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivini sınağa çəkib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı meydan sahibləri açsalar da, üstünlüklərini qoruya bilməyiblər.

Türkiyə təmsilçisi “Fənərbağça” isə Polşada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.

HİK Finlandiyada Çexiyanın “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzub. “Makkabi” (Hayfa) isə İsraildə Yunanıstan “Olimpiakos”u ilə heç-heçə edib.

Nəhayət, günün sonuncu matçında Moldova “Şerif”i Sloveniyada “Maribor”la qolsuz sülhə razılaşıb.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyunlar

HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya) – 1:2
Qollar:
 Boyan Raduloviç, 50 – Tomaş Hori, 6 (pen.). Yan Kopits, 57

“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) – 1:1
Qollar:
 Dolev Haziza, 90+2 – Filip Sinkernagel, 7

“Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) – 1:2
Qollar:
 Kristoffer Zakariassen, 70 – Quram Kaşiya, 81. Tiqran Barseqyan, 86

“Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə) – 0:0

“Maribor” (Sloveniya) – “Şerif” (Moldova) – 0:0

Qeyd edək ki, bu mərhələnin cavab oyunları iyulun 26-sı və 27-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir