İqtisadiyyat

“Mühasibat uçotu haqqında” qanunda və Mülki Məcəllədə gözlənilən dəyişikliklər ölkəyə nə vəd edir?

Sharing is caring!


Milli Məclis “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik etməyə hazırlaşır.

Bu gün müvafiq qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib.

Müzakirələrdə iştirak edən deputat Vüqar Bayramov dəyişikliyin əleyhinə çıxıb. “Report” məsələ ilə bağlı maliyyə bazarı üzrə ekspert Xalid Kərimlinin rəyini öyrənib.

Onun fikrincə, “Mühasibat uçotu haqqında” qanunda gözlənilən dəyişiklik biznesin maraqlarıına xidmət edəcək:

“Mümkün dəyişikliklə tanış oldum. Ümumi mahiyyət odur ki, iri sahibkarlıq və müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orta sahibkarlıq subyektləri mühasibat uçotunu mütləq şəkildə həyata keçirsin. Burada məqsəd yoxlamaların asanlaşmasına nail olmaqdır. Belə ki, həmin subyektlərə məxsus böyük məlumat bazası var. Sənəd əsasında onları yoxlamaq da əziyyətlidir. Amma proqram təminatı ilə yoxlama prosesi asan baş tutur. Həmçinin bu prosesdə mövcud kənarlaşmaları müəyyən etmək daha rahat olur. Təbii ki, iri sahibkarlıq subyektlərinin mərkəzləşdirilmiş informasiya sistemi olur. Amma tələb ondan ibarətdir ki, bütün sənədlər ilkin formada “Scan” edilərək sistemdə saxlanmalıdır. Bu isə yoxlamaların daha asan olmasına, tez başa çatmasına imkan verir”.

Milli Məclisin dəyişdirmək istədiyi həm də Mülki Məcəllədir. X.Kərimli hesab edir ki, bu dəyişiklik bankların imkanlarını məhdudlaşdıracaq:

“Azərbaycan banklarında hesab əməliyyatlarının müddətinin azaldılması da biznesin maraqlarına uyğun qərardır. Təklif olunan dəyişikliyə görə, bank pul gələn günü onu müştərinin hesabına oturtmağa məcburdur. Hazırda isə 1 gündən gec olmaması imkanı var. Banklar bir günü qənimət bilib müştərinin vəsaitini hesabına gec vura bilərdilər. İndi isə bu müddət ləğv edilir ki, vəsait dərhal hesaba köçsün və müştəri ondan tez istifadə etsin. Son nəticədə bankların həmin vəsaitlərdən 1 gün faizsiz istifadə imkanları məhdudlaşır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir