MARAQLI

Neptun və Uran planetləri ətrafında əvvəllər məlum olmayan yeni tapıntılar ortaya çıxdı – FOTO

Sharing is caring!


Astronomlar Neptun və Uran planetləri ətrafında yeni peyklər tapıblar.

Günəş sistemində əvvəllər məlum olmayan peyklər Havay və Çilidəki teleskoplar vasitəsilə aşkar edilib.

Astronomlar Neptunun ətrafında fırlanan 2 peykdən başqa Uranın ətrafında da kiçik bir peykin olduğunu müəyyən ediblər.

Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərdən sonra Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə çatdığını açıqlayıb.

Vaşinqtondakı Karnegi Elm İnstitutundan astronom Skott Şeppard hələ kəşf edilməmiş çox sayda kiçik peyklərin ola biləcəyini bildirib.

Həmçinin qeyd edilib ki, Uran ətrafında fırlanan və diametri təxminən 8 kilometr olan yeni peyk, ehtimal ki, planetin peykləri arasında ən kiçiyidir.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir