Cəmiyyət

Azərbaycanda Sukanal İdarəsinin həyətini su basdı

Sharing is caring!


Lənkəran rayonunda Sukanal İdarəsinin həyətini su basıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Regional Sukanal İdarəsinin Lənkəran Sukanal Sahəsinin həyətinə su dolub. 

İddia edilib ki, binaya girmək mümkün olmayıb.

Məsələ barədə “Azərsu” ASC-dən Oxu.Az-a bildirilib ki, ərazidə qar suları yığılıb:

“Rayona güclü qar yağması səbəbi ilə bu cür hal baş verib. Hazırda həmin su açıq kanallarla kənarlaşdırılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir