Siyasət

Dmitri Dıkan: “Fransa Bakı ilə İrəvan arasında sülhün bağlanmasına mane olur” – ŞƏRH

Sharing is caring!


Son illər Afrika qitəsində Fransa üçün uğursuz oldu. Keçmiş koloniyalar artıq Fransanın mövcudluğuna dözmək istəmirlər.

Afrika ölkələrinin əhalisi üçün Fransanın himayəsi müstəqillik mənasında az dəyişiklik yaradırdı – dövlətlərin resursları Fransa şirkətlərinə verildi, burada isə yerli kadrlar ən aşağı maaşlı işçi qüvvəsi rolunu oynamağa davam etdilər. Bunun fonunda heç bir müsbət dəyişiklik olmadı, iqtisadi vəziyyət isə pisləşməkdə davam etdi, istedadlı gənclərin xaricə axını artdı, işsizlik yüksək olaraq qaldı, infrastruktur acınacaqlı vəziyyətə düşdü.

Bütün yuxarıda qeyd olunanlara əlavə olaraq, Fransanın fəal iştirakı regiona ən vacib şeyi – təhlükəsizliyi gətirmədi. Parisin fəallığı dövründə artan terror təhlükəsi və mütəşəkkil cinayətkarlıq heç cür həllini tapmadı. Yelisey sarayı Afrika ölkələrində öz adamlarına “stavka” elədi, hətta onlar əhali arasında populyar olmasalar da. Əsas o idi ki, onlar Fransa hakimiyyəti üçün faydalı idilər. Bütün bunlar yalnız yerli sakinlər arasında narazılığın artmasına təkan verdi. Ümumi perspektivdə situasiyanın deqradasiyası davam edirdi.

Buradan da Afrika ölkələrində dəyişiklik istəyi yarandı, onlar Rusiya, Çin və Qlobal Cənubdakı digər oyunçularla əməkdaşlığa üz tutdular.

Son bir neçə ildə dörd ölkə (Mali, Burkina-Faso, Niger, Qabon) Fransanın təsir orbitini tərk etmək qərarına gəlib. Özü də bütün bunlar Emmanuel Makronun hakimiyyəti dövründə olub. Bəlkə də, bu dövr Fransa xarici siyasətində ən uğursuzu hesab olunur. Fransanın hazırkı prezidenti potensial yeni tərəfdaşlarla əməkdaşlıq qura, hətta Afrika ilə mövcud əlaqələri qoruya bilmir. Eyni zamanda, o, əvvəllər dialoqun inkişaf etdirildiyi ölkələrlə münasibətləri də dalana dirəməyi bacarıb.

Afrikada nüfuzunu itirdikdən sonra beynəlxalq imicini bərpa etmək istəyən Paris nüfuzunu Cənubi Qafqaza sirayət etdirməklə revanş qərarına gəldi. Azərbaycanla Ermənistan arasında sülh sazişinə nail olmaq üçün nəhəng diplomatik işlərə baxmayaraq, Paris Bakı ilə İrəvan arasında sülhün bağlanmasına mane olmağa başladı. Yelisey sarayı bilərəkdən Azərbaycana qarşı qeyri-dost hərəkətlər edir, çünki o, regionun güclü, sabit və firavan olmasında maraqlı deyil, çünki bu halda Paris idarəolunan xaos yaratmadan öz təsirini yaya bilməyəcək.

Dmitri Dıkan, rusiyalı politoloq, şərqşünas – xüsusi olaraq Oxu.Az üçün

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir