Cəmiyyət

Cəbrayıl rayonunun Horovlu kəndinin gələcək görünüşü – VİDEO

Sharing is caring!


İşğaldan azad edilən Cəbrayıl rayonunun Horovlu kəndinin gələcəkdə necə olacağını nümayiş etdirən videoçarx yayımlanıb.

Oxu.Az xəbər verir ki, Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin hazırladığı videoda işğal illərində kəndin dağıntıları əks olunur, eləcə də tamamilə yenidən qurulacaq kəndin yeni siması göstərilir.

Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Birinci mərhələdə bu kənddə 1 395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb.

Həmçinin, işğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndinə köçürüləcək əhalinin içməli su tələbatını qarşılamaq üçün kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir