İdman

“Araz-Naxçıvan” Serbiya klubuna uduzaraq qrupda qaldı

Sharing is caring!

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ikinci görüşündə Serbiya “Loznika Qrad”ı ilə üz-üzə gəlib. Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da oynanılan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionundan yeganə qolu 19-cu dəqiqədə Vitao vurub.

Qrupda keçirdiyi ardıcıl ikinci oyunda da uduzan “Araz-Naxçıvan” növbəti mərhələyə çıxmaq şanslarını itirib.

Qrupun digər görüşündə Bosniya və Herseqovina “Mostar”ı İsveç “Erebru”su ilə qarşılaşacaq.

Çempionlar Liqası

Əsas mərhələ, II tur

27 oktyabr

19:30. “Loznika Qrad” (Serbiya) – “Araz-Naxçıvan” (Azərbaycan) – 4:1

Qollar: Mladen Koçiç, 13; 37. Nemanya Milosavlyeviç, 16. Dorce Roşiç, 24 – Vitao, 19

Qeyd edək ki, “Araz Naxçıvan” ilk matçda “Erebru”ya 2:5 hesabı ilə uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir