Dünya

“Liverpul” fantastik məbləğə 21 yaşlı müdafiəçi alır

Sharing is caring!


İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “qırmızılar” “Brayton”la müdafiəçi Moyses Kaysedonun transferi ilə bağlı razılığa gəliblər.

Mersisayd klubu 21 yaşlı ekvadorlu üçün qarşı tərəfə 126 milyon avro ödəyəcək. Keçid artıq bu gün elan edilə bilər.

Transfer reallaşsa, Kaysedo fubol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırda bu ad bir müddət əvvəl Almaniya “Leypziq”indən İngiltərə “Mançester Siti”sinə 90 milyon avroya keçən Yoşko Qvardiola məxsusdur.

Kaysedo 2022-ci ilin yanvarında Belçika “Bersxot”undan “Brayton”a transfer olunub. O, keçən mövsüm 47 matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir