Dünya

Pakistanın müvəqqəti baş naziri and içib

Sharing is caring!


Bəlucistan Avami Partiyasının senatoru Ənvar-ul-Haq Kakar bazar ertəsi and içərək Pakistanın müvəqqəti baş naziri vəzifəsinə başlayıb.

Məlumata görə, mərasim İslamabaddakı prezident sarayında baş tutub. Yeni hökumət başçısının andını dövlət başçısı Arif Alvi qəbul edib. Tədbirdə həmçinin İslam Respublikasının mülki və hərbi rəhbərliyinin nümayəndələri, o cümlədən baş nazir postunu tərk etmiş Şahbaz Şərif, Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir, Senatın sədri Sadiq Sancrani və digər siyasi xadimlər iştirak ediblər.

Qeyd edək ki, Ənvaar-ül-Haq Kakar üç ay müddətində Pakistanın baş naziri vəzifəsini icra edəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir