İqtisadiyyat

Xəstələrin səhhəti ilə bağlı həkim, yoxsa xəstəxana məsuliyyət daşıyır? – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Həkimlərin eyni vaxtda iki yerdə işləmək hüququ var. Onlar həm xidməti, həm də əmək müqaviləsi ilə işləyə bilərlər. Belə vəziyyətdə istənilən həkim ona müraciət edən xəstənin razılığı ilə rəsmi şəkildə çalışdığı istənilən xəstəxanada zəruri prosedurlar həyata keçirə bilər. Burada qanunvericilik tərəfdən heç bir məhdudiyyət və yaxud qadağa yoxdur. 

Xəstənin vəziyyətinə görə məsuliyyət məsələsinə gəlincə, xəstənin sağlamlığına həm proseduru həyata keçirən həkim, həm də prosedurun keçirildiyi tibb müəssisəsi məsuliyyət daşıyır. Burada həm həkimin səhvi ola bilər, həm də tibb müəssisəsinin məsuliyyətsizliyi. Bu da birbaşa məhkəmə predmetidir. Yaxud da bu, hüquq-mühafizə orqanlarının verəcəyi qərara bağlı məsələdir”.

Bunu Bizim.media ilə söhbətində Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

O,  bu kimi məsələlərdə incə bir məqama diqqət çəkib:

“Bəzi həkimlər, həm dövlət, həm də özəl tibb müəssisəsində fəaliyyət göstərirlər. İki tibb müəssisəsində işləyən həkimlər üçün müəyyən məsuliyyətlər təyin  edilib. Bütün günü dövlət müəssisəsində çalışan həkim yarım gün və yaxud yarımştat özəl tibb müəssisəsində çalışa bilər. Lakin, bir həkim eyni vaxtda üç-dörd yerdə işləyə bilməz. Bu həm fiziki cəhətdən, həm də hüquqi baxımdan mümkün deyil”.

Deputat M.Məmmədli onu da qeyd edib ki, xəstənin harada və kim tərəfindən əməliyyat olunması barədə seçim hüququ var:

“Xəstə istəyirsə öz vəsaiti hesabına özəl tibb müəssisəsində müalicə keçə bilər. Amma bir məsələni unutmayaq ki, hazırda hər bir ölkə vətəndaşının icbari tibbi sığorta zərfinin xidmətlərindən yararlanmaq imkanı var. Əksər xəstəliklər isə xidmət zərfi paketinə daxil edilib. Lakin, bəzi vətəndaşların bununla bağlı məlumatı azdır. Bu sahədə maarifləndirməyə ciddi ehtiyac duyulur. Çünki, dövlətin yaratdığı imkanlardan hər bir vətəndaşın faydalanmaq hüququ var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir