Hadisə Manşetüstü

Sabirabadda maşın su kanalına aşdı, sürücü öldü

Sharing is caring!

Sabirabad rayonunun Padarçöl kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

XəbərAl.az-ın məlumatına görə, Saatlı rayonunun 1965-ci il təvəllüdlü Cəfərxan kənd sakini Əliyev Nizami Bəymirzə oğlunun sükanı arxasında olduğu VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Nəticədə N.Əliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir