Cəmiyyət

“Arzunun vaxtı” verilişindən sonra aztəminatlı ailəyə ev tikilir – VİDEO

Sharing is caring!


Astaranın Tüləgüvan kəndində yaşayan Allahverdiyevlər ailəsi sevinc içindədir.

Çox ağır şəraitdə yaşayan aztəminatlı ailəyə artıq dördotaqlı ev tikilir.

“12 il burada çox əziyyət çəkdim. Sanki təzədən anadan olmuşam. İnşallah, təzə evdə uşaqların toyunu görərəm”, – ailə üzvlərindən Rəisə Allahverdiyeva deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində ailənin acınacaqlı vəziyyətdə yaşaması ictimailəşdirilmişdi.

Bundan sonra xeyriyyəçi insanlar dörd uşağı olan Allahverdiyevlərə dəstək olublar. Tikintini aparan şəxs isə bildirib ki, qısa müddət ərzində ev tikilib, əşyaları ilə birlikdə ailəyə təhvil veriləcək.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir