İqtisadiyyat

Dördüncü qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçiriləcək

Sharing is caring!


Avqustun 14-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Agentlik tərəfindən elan edilmiş KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair dördüncü qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçiriləcək.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, onlayn tədbirin təşkilində məqsəd müsabiqənin şərtləri, lazım olan sənədlər, müsabiqəyə müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

KOB subyektləri aşağıda qeyd olunan linkə daxil olmaqla tədbirdə iştirak edə bilərlər:

https://us06web.zoom.us/j/86299056125?pwd=UE42Z042alJyMi84aUNNSkYrWGtodz09

Meeting ID: 862 9905 6125

Passcode: 383492

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu 14 avqust 2023-cü il saat 09:00-dan – 13 sentyabr 2023-cü il saat 18:00 tarixinə qədər davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət formasında həyata keçirilir.

Qrant müsabiqəsində hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir.

Müsabiqə ilə bağlı ətraflı məlumat almaq üçün bu linkdən keçid edə bilərsiniz: bit.ly/3YB1x2F

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir