İdman

Avarçəkənlərimiz beynəlxalq turnirin ilk günündə iki medal qazandılar

Sharing is caring!


Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan yığması Rusiyanın Barnaul şəhərində SSRİ İdman Ustası Konstantin Kostenkonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə uğurlu start verib.

Oxu.Az xəbər verir ki, ilk yarış günündə bir nəfərlik kayak qayığında 15 yaşadək idmançılar arasında min metr məsafəyə yarışda Əlimurad Hacızadə bütün rəqiblərini qabaqlamaqla, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni yaş kateqoriyasında iki nəfərlik kayak qayığında 500 metr məsafəyə mübarizə də təmsilçilərimizin qələbəsi ilə başa çatıb. Əlimurad Hacızadə və Vacib Babayev dueti ən yaxşı nəticə ilə xatirə turnirinin qalibi olub.

Qeyd edək ki, 10-a yaxın ölkədən olan idmançıların qatıldığı yarışda yığma komandamız böyük məşqçi Mirnazim Cavadovun rəhbərliyi altında mübarizə aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir