Cəmiyyət

Xüsusi təyinatlı ali məktəblərə qəbul balı açıqlanıb

Sharing is caring!


Xüsusi təyinatlı ali məktəblərə qəbul balı açıqlanıb.

“Report”un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Biz xüsusi təyinatlı ali məktəblərin qəbul planını elan etmirik. Yalnız onu deyə bilərəm ki, artıq bu siyahıların hamısı müvafiq ali məktəb və akademiyalara göndərilib. Polis Akademiyasında minimal keçid balı 439,3, maksimal bal isə 643 bal olub. Orada plan kifayət qədər böyükdür.

Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə plan yerləri təqdim olunub. Orada keçid balı 541 təsdiqlənib. Daxili Qoşunların Ali Hərbi Məktəbinə də ilkin siyahılar göndərilib. Polis Akademiyasına qəbul olmaq üçün mandat komissiyasından keçən və 439 baldan aşağı nəticə göstərənlər də Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil almaq istəsələr, oraya ərizə ilə müraciət edə bilərlər”, – DİM sədri vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir