Cəmiyyət

II qrupa sənəd verənlərə ŞAD XƏBƏR

Sharing is caring!


“II qrupda dövlət sifarişli yerlərin sayı artırılıb”.

“Report”un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Müəyyən ali məktəblər var idi ki, onlar dövlət sifarişli yerlərin bölgüsündə iştirak etmirdilər. II qrupda, demək olar ki, bütün ali məktəblər keçən il və bu il də dövlət sifarişli yerləri təqdim ediblər. Amma iki – beynəlxalq ticarət, logistika və marketinq ixtisası üzrə Bakı Mühəndislik Universiteti də bu il dövlət sifarişli yerlərin bölüşməsində iştirak edir. UNEC-in Zaqatala filialı da bu il dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə dövlət sifarişli yerlərin siyahısında var. Bu, bu il üçün yenilikdir. Bakı Dövlət Universitetində statistika ixtisası da II qrup üzrə dövlət sifarişli yerlərin siyahısında öz yerini tapıb”, – DİM sədri vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir