Dünya

Ermənistanın ikinci prezidentinin oğlunun həbs müddəti iki ay uzadılıb

Sharing is caring!


Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanın həbs müddəti iki ay uzadılıb.

Bu barədə vəkil Aleksandr Koçubayev sosial şəbəkələrdə məlumat verib.

Oktyabrın 16-da istintaq orqanı Koçaryanın həbs müddətinin uzadılması barədə vəsatət qaldırıb.

“Məhkəmə vəsatəti təmin etdi. Levon Koçaryan iki ay müddətinə həbs edildi”, – Koçubayev qeyd edib.

Xatırladaq ki, Levon Koçaryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. Daha sonra o, polis əməkdaşları tərəfindən döyülüb, sonra xəstəxanaya yerləşdirilib. Paytaxt tibb mərkəzlərinin birində ona beyin silkələnməsi diaqnozu qoyulub. Lakin buna baxmayaraq, Koçaryan dörd polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb. Daha sonra məhkəmə onu həbs edib.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir