Cəmiyyət

Eldəniz Vəliyev: “Qəsəbələrin qazlaşdırılmasında qohumluq, yerlibazlıq etmirik”

Sharing is caring!


“Azəriqaz” İstehsalat Birliyi kənd və qəsəbələrin qazlaşdırılmasında qohumluq, yerlibazlıq etmir. Biz maraqlıyıq ki, qısa zamanda kənd və qəsəbələrin qazlaşdırılması həyata keçirilsin”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Azəriqaz” İB-nin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev deyib. O bildirib ki, dövlət tərəfindən qazlaşdırılma prosesinə kifayət qədər vəsait ayrılıb:

“İndi isə dövlət “Azəriqaz” İB-nin üzərinə öhdəlik qoyub ki, öz resurslarımız hesabına yavaş-yavaş kənd və qəsəbələrin qazlaşdırılmasını həyata keçirək. SOCAR ailəsi olaraq ölçüb-biçib fiziki və maddi imkanlarımıza uyğun addımlar atırıq.

“Azəriqaz” İB-nin qətiyyən marağında deyil ki, hansısa X kənd qazlaşdırılsın, amma Y kənd qalsın kənarda. İnsanlar nə üçün belə düşünürlər – biz anlamırıq. Burada hər hansı yerlibazlıq, qohumluq əlaqələri ola bilməz ki, işlərin gedişinə təsir eləsin. Biz mərhələli şəkildə işləri həyata keçiririk. Vətəndaşlardan, abonentlərin, sadəcə, bir qədər səbirli olmaları rica edilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir