Cəmiyyət

Bakıda qatı duman və maqnit qasırğası – Təhlükə həddi nə qədərdir?

Sharing is caring!

Bu gün və sabah ölkə ərazisində güclü maqnit qasırğası proqnozlaşdırılır. Mütəxəssislərin rəyinə görə, bu günlərdə qasırğanın gücü 4 bala qədər yüksələcək. Bu da normadan xeyli yüksəkdir. 

Amma hazırda bu qasırğa ilə eyni vaxtda Abşeron yarımadasında güclü duman da var.  Bəs sıx duman qasırğanın gücünə hansı təsir göstərə bilər? 

Suala aydınlıq gətirən həkim Rasif Bağırov Bizim.media-ya bildirib ki, dumana görə qasırğa fərqlənir:

“Təbii ki, dumanlı havada gələn qasırğa müəyyən maneəyə rast gəlir. Havada nəmişlik çox olanda maqnit qasırğası daha güclü olur. Amma duman sutka ərzində olmur. Günün müəyyən saatlarında duman çəkilir”.

Həkim bununla belə narahatlığa əsas görməyib:

“Maqnit qasırğası artıq adi təbiət hadisəsinə çevrilib. Bəzən ayın yarısı qasırğa ilə keçir. Və insanların orqanizmi artıq bu təbiət hadisəsinə öyrəşib. Hazırkı tibb elmində elə bir fakt yoxdur maqnit qasırğasından nə qədər insan həyatını itirildiyi qeyd edilsin. Bu sadəcə ehtimaldır. Ona görə də hazırda maqnit qasırğası daha çox ictimai xarakter daşıyır. Biz həkimlər bu məsələyə o qədər də ciddi yanaşmırıq. İnsanlar sadəcə özlərini psixoloji cəhətdən möhkəm tutmalıdırlar. Əsəbi zəif insan hər deyilənə inanır və bunun fəsadını özünün sağlamlığında axtarır. Bu da müəyyən problemlər yaradır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir