İdman

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu tatamiyə çıxır

Sharing is caring!


Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, ikinci yarış günündə üç cüdoçumuz tatamiyə çıxacaq.

Oğlanlar arasında -73 kq çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -81 kq çəkidə Ömər Rəcəbli güclərini sınayacaqlar.

Yarış Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Qeyd edək ki, cüdoçularımız ilk gündə üç medal qazanıblar. Nizami İmranov qızıl, gümüş medallara sahib olub. Qadınların mübarizəsində Aydan Vəliyeva bürünc medal əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir