Cəmiyyət

Ağcabədi sakinlərinin su problemi nə vaxt həll olunacaq? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!


Ağcabədi sakinlərinin su problemi ilə bağlı şikayətini dərc etmişdik. Sakinlərin saytımıza şikayətinə görə iki aya yaxındır ki, Ağcabədi rayon Sarıcalı kəndində artezian quyusu işləmir. Hansı ki, sözügedən artezian quyusu 30 hektar sahəyə xidmət göstərir və növbəli şəkildə həmkəndlilərin təsərrüfatları suvarılır. Quyu işləmədiyindən vətəndaşlara məxsus əkin sahələri susuzluqdan məhv olub gedir. 

Kənd sakini Elsevər Şirinovun iddiasına görə susuzluq səbəbindən əkin sahəsinə 14 min manata qədər ziyan dəyib. 

Məsələ ilə bağlı Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəis müavini Kənan Köçəriyev Bizim.Media-ya açıqlama verib. 

O bildirib ki, sözügedən 11-424 nömrəli subartezian quyusunun dərinlik nasosunda nasazlıq aşkar olunduğu üçün sökülərək idarənin təmir emalatxanasına gətirilib və təmir olunub:

“Lakin subartezian quyusunun elektrik transformatorunda nasazlıq olduğundan quraşdırılmayıb. Həmin transformatorun təmir olunması üçün Agcabədi Elektrik Şəbəkəsinə məlumat verilib.

Təmir olunduqdan sonra dərinlik nasosu quraşdırılaraq subartezian quyusu kənd sakinlərinin istifadəsinə veriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir