Cəmiyyət

Komitə sədri: “Bələdiyyələr yersiz cərimələnir, hörmətdən düşür”

Sharing is caring!


“Bir sıra hallarda bələdiyyələr yersiz cərimələrə məruz qalır və bu, yaxşı hal deyil”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, bələdiyyələr səlahiyyətlərinə aid olmayan məsələlərlə yüklənir:

“Haradasa ağac quruyur, yaxud yaşıllıq sulanmır deyə buna bələdiyyə cavab verməlidir. Bundan başqa haradasa tullantı varsa, bələdiyyə bunun üçün cərimələnməlidir. Bu, düzgün deyil və bələdiyyələrin nüfuzuna həddindən artıq ziyan vurur. Məhkəmə qarşısına gedirlər, hörmətdən düşürlər. Hesab edirəm ki, biz bu barədə düşünməliyik. Çünki bu sahə ilə bağlı ayrı-ayrı adamlar məşğul olurlar. Ona görə də bu kimi nöqsanlar aradan qaldırıla bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir