Cəmiyyət

Ali Radanın deputatı: “Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq”

Sharing is caring!


“Azərbaycan xalqına Ukraynaya göstərdiyi dəstəyə görə minnətdarıq”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı Dmitro Bilotserkovets bildirib.

“Hər birimiz bunu görür və hiss edirik. Çünki çox sayda azərbaycanlı könüllü paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif hissələrində çalışır. Bundan başqa, Azərbaycan Ukrayna xalqına böyük yardım göstərir. Seçicilərim adından Azərbaycana təşəkkür edirəm”, – əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir