Cəmiyyət

Emin Musəvi: “Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıblar” – VİDEO

Sharing is caring!


“Sevindirici haldır ki, küçədə, ictimai yerlərdə qarabağlılar, xüsusilə də ağdamlılar yaxınlaşıb soruşurlar ki, biz Ağdama nə vaxt qayıdacağıq? Mən əslən Ağdamdanam, Ağdama gedəndə öz kəndimizi, kənddə olan evimizi güclə tapdım. Düşündüm ki, qonşularımız bizim uşaqlığımızı əlimizdən alıblar”.

Bu fikirləri ASAN radionun direktoru, Əməkdar jurnalist Emin Musəvi işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış haqqında rəy və təəssüratını bölüşərkən deyib.

Hər kəsin Böyük Qayıdış prosesində iştirakını qeyd edən E.Musəvi müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarların Qarabağ və Şərqi Zəngəzurda olmasının Vətənimiz üçün çox faydalı olduğunu vurğulayıb:

“Həmişə bir-birimizə arzulayırdıq ki, gün o gün olsun ki, mediamızın səsi Şuşadan gəlsin, belə də oldu”.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

 Həmin videoçarxı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir