İdman

“Araz-Naxçıvan” konqolu futbolçu transfer etdi

Sharing is caring!


“Araz-Naxçıvan” yeni futbolçu ilə anlaşıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Elvis Maşike ilə 1 illik müqavilə imzalanıb.

Bu gün Bakıya gələn konqolu yarımmüdafiəçi mərkəz hücumçusu kimi də çıxış edə bilir. O, tibbi müayinədən keçib və komandaya qoşulub.

Qeyd edək ki, 186 sm boya malik futbolçunun sonuncu klubu Maltada “Hamrun Spartan” olub. Buna qədər isə o, müxtəlif illərdə Çexiya və Slovakiyanın “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered”, “Banik Ruzina” komandalarında çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir