Dünya

A Seriyası: Milan Salernitana ilə matçda heç-heçə etdi, Fiorentina səfərdə Monzaya qalib gəldi – VİDEO

Sharing is caring!


Futbol üzrə İtaliya A Seriyasının 17-ci turunun “Salernitana” və “Milan”ın qarşılaşdığı matç başa çatıb.

Komandalar Salernodakı (İtaliya) “Areçi” stadionunda qarşılaşıblar. Qarşılaşmanı Daniele Doverinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Yekun nəticə 2:2-dir.

“Milan”ın müdafiəçisi Fikayo Tomori 17-ci dəqiqədə hesabı açıb. Birinci hissənin sonunda müdafiəçi Federiko Fazio (42-ci dəqiqə) Salernitananın cavab qolunu vurub. Ona Antonio Candreva köməklik edib. 63-cü dəqiqədə Antonio Kandreva Qriqoris Kastanosun ötürməsi ilə meydan sahiblərini hesabda irəli çıxarıb. “Milan” oyunun 90+1-ci dəqiqəsində hücumçu Luka Yoviçin qolu sayəsində məğlubiyyətdən yaxa qurtara bilib.

Beləliklə, “Milan” 2023/2024 mövsümü üçün İtaliya A Seriyasının turnir cədvəlində üçüncü yeri tutur. Komanda 17 oyundan sonra 33 xal toplayıb. “Salernitana” doqquz xal toplayaraq sonuncu, 20-ci yerdədir. İtaliya çempionatının turnir cədvəlinə “İnter Milan” başçılıq edir (41).

Paralel görüşdə “Fiorentina”nın səfərdə “Monza”ya qalib gəldiyi qeyd olunur – 1:0. Yeganə qolu yeddinci dəqiqədə Lukas Beltran vurub.

“Fiorentina” 30 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 21 xalı olan FC “Monza” isə 11-ci yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir