Dünya

Məşhur amerikalı aktyoru öz evində boğmağa çalışdılar

Sharing is caring!


Məşhur amerikalı aktyor Çarli Şinin qonşusu onu boğmağa çalışıb.

Bu barədə hüquq-mühafizə orqanları məlumat verib.

Polis zabitlərinin sözlərinə görə, aktyorun qonşusu olan 47 yaşlı qadın onun evinin qapısını döyüb, aktyor qapını açdığı zaman isə evinə soxulub və ona hücum edib.

Bildirilib ki, hücum edən şəxs Çarli Şinin köynəyini cırıb və onu boğmağa cəhd edib, bundan sonra o, öz evinə qayıdıb.

Aktyor həkimlər tərəfindən müayinə olunub, heç bir xəsarət aşkar edilməyib. Şin özü etiraf edib ki, qadının bu hərəkətinin səbəbini anlamayıb.

Məlumata görə, bu, ehtimal ki, ilk belə hal deyil. Aktyor polisə bildirib ki, onun fikrincə, elə həmin qonşu qadın bu yaxınlarda onun maşınına hansısa yapışqan maye fısqırdıb və qapısının önünə zibil atıb. Nəticədə qadın həbs edilib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir