MARAQLI

Paraşütlə tullanan türkiyəli müsiqiçi göydə saksafon çaldı – VİDEO

Sharing is caring!


Türkiyənin Antalya şəhərinin Alanya rayonunda Ahmet Kuram adlı 25 yaşlı musiqiçi yamac paraşütündə uçuş zamanı musiqi alətində ifa edib.

Təxminən 800 metr yüksəklikdəki Yassıtepedən uçuşa start verən Ahmet Kuram havada saksafon çalmağa başlayıb.

Bir müddət havada qalan Kuram daha sonra Kleopatra çimərliyinə eniş edib.

Türk Musiqisi Dövlət Konservatoriyasının məzunu olan Ahmet Kuram jurnalistlərə açıqlamasında səkkiz ildir saksafonda ifa etdiyini bildirib.

“Uzun müddətdir bu mənim arzum idi. Ekstremal idmanla saksafonu birləşdirmək istədim və ilk dəfə uçuş həyata keçirdim. Beləcə hündürlük qorxumu da dəf etmiş oldum. Bundan sonra ekstremal idmanın başqa növləri ilə də saksofonu birləşdirmək istəyirəm”, – deyə o qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir