Siyasət

Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib – FOTO

Sharing is caring!


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qərəzli, anti-Azərbaycan hüquqi hesabat hazırlayan vəkil Luis Moreno Okamponun ittihamlarına cavab verib.

“Report” xəbər verir ki, Hikmət Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında Okamponun, əslində, kim olduğu barədə faktlar ortaya qoyub.

Belə ki, Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi sığınacağında bəzi şirkətləri idarə edib.

Bununla yanaşı, Xocalı soyqırımını törətmiş hərbi cinayətkar olan Ermənistanın eks-prezidenti Serj Sarqsyanın İrəvanda Okamponu qarşılaması bildirilir.

“Bu cür qaranlıq keçmişə malik olan şəxs öz qərəzli hesabatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını və Laçın yolunun fəaliyyəti ilə bağlı real vəziyyəti bilərəkdən təhrif edir”, – H.Hacıyev qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir