Dünya

İranın nazirliyindən müəllifə qəribə təklif: “Azərbaycan” adını çıxarın ki…”

Sharing is caring!

İranın Mədəniyyət və İslami İrşad Nazirliyi Azərbaycanın təcrübəli yazıçısı, professor Rəhim Akbayrakdan kitablarının mətnindən “Azərbaycan” adının çıxarılmasını istəyib.

Ancaq bu halda onun yeni kitablarının nəşrinə icazə veriləcəyini bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Professor Rəhim Akbayrak özünün “Instagram” hesabında bu barədə paylaşım edib.

“Nəşriyyata bildiriş göndəriblər ki, yeni nəşrlərimi çap etmək üçün kitablarımdan “Azərbaycan” sözünü çıxarmalıyam. Qulağınızın dibini görərsiniz ki, mən belə bir rəzaləti qəbul edim. Onların arqumenti odur ki, həmin tədqiqat dövründə Azərbaycan adı olmayıb. Gülməlidir, səkkiz min il əvvəl Şumer adı olub? Qədim İranın tarixi ilə bağlı minlərlə romana bənzər kitablar yazmısınız, ümumiyyətlə səkkiz min il əvvəl İran adı olub?!” – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir