İdman

Medvedev “Viktoriya” ilə oynaya biləcəkmi?

Sharing is caring!

“Qarabağ”ın “Viktoriya” ilə oyuna hazırlığı davam edir. 

Güclü rəqibləri Çempionlar Liqasından kənarlaşdırmaqla böyük özünəinam əldə edən komandada ÇL qrupuna düşmək üçün son addım öncəsi itkilər çox deyil. Cəzalı futbolçu yoxdur. Zədəli müdafiəçilər Kevin Medina və Maksim Medvedev isə sıraya dönməyib. 

Sports.az xəbər verir ki, hər iki futbolçunun avqust ayının 17-də keçiriləcək oyunda iştirak etməyəcəyi dəqiqdir. 

Amma Bəhlul Mustafazadə və Bədavi Hüseynovun son matçlarda göstərdiyi möhtəşəm performans bu itkilərin “Viktoriya” ilə qarşılaşmada da hiss olunmayacağına ümid verir. 

Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” və “Viktoriya” qarşısında keçiriləcək ilk matç avqustun 17-si Bakı vaxtilə saat 20.45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. 

Oyunu FİFA referisi, baş hakim Slavko Vinçiçin rəhbərliyilə Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir