Cəmiyyət

Avtomobillər bahalaşacaq – FOTO

Sharing is caring!


“Azərbaycana idxal olunan avtomobillərin qiymətində artım olacaq. Ölkəyə gətirilən köhnə avtomobillər isə ən azı beş faiz bahalaşacaq”.

Bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakupost.az-a deyib.

O bildirib ki, avtomobillərin qiymətinin bahalaşmasına səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir:

“Fikrimcə, utilizasiya haqlarına görə avtomobil bazarında kəskin qiymət artımı olmayacaq. Sadəcə, əgər kimsə avtomobili satmaq məqsədilə ölkəyə idxal edirsə, utilizasiya rüsumu onun üzərinə gələcək. Yəni artım 3-5 faiz olacaq”.

Ekspert qeyd edib ki, hazırda iri avtomobil sənayeçiləri qiyməti artırırlar. Bunu onunla əlaqələndirirlər ki, dünya bazarında ehtiyat hissələrinin, daşınma xidmətlərinin qiyməti yüksəlib. Bu səbəbdən də yay aylarında avtomobillərin qiyməti bahalaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir