Cəmiyyət

İZİA: “İşçi sayı 27 dəfədən çox artıb”

Sharing is caring!


“Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb”.

Oxu.Az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Seymur Adıgözəlov deyib.

O, qeyd edib ki, parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergiləri, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar:

“İZİA-nın idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 460 milyon manatdan çox vəsaitə qənaət ediblər”.

“Sənaye parklarında hər il biz məhsul istehsalında müsbət artımın baş verdiyinə şahid oluruq. Bir faktı diqqətə çatdırım ki, 10 il ərzində sənaye parklarında məhsul istehsalı 11,4 dəfə artaraq 3,1 milyard manata yaxın olub. Sənaye parkları işçilərin məşğulluq səviyyəsinin artırılmasında mühüm rol oynayır. İşlə təmin olunma statistikasına baxdıqda böyük artımın baş verdiyinə şahid olarıq. Belə ki, işçi sayı qeyd etdiyim dövr ərzində 27 dəfədən çox artıb”, – deyə S.Adıgözəlov sonda əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir