Dünya

Məşhur müğənni süni intellektin təhlükələri barədə xəbərdarlıq etdi

Sharing is caring!


Müğənni Ed Şiran “Audacy Music” şousuna verdiyi müsahibədə neyron şəbəkələrin insanları işsiz qoya biləcəyi barədə fikir bildirib.

“Süni intellekt haqqında başa düşmədiyim odur ki, son 60 ildə Hollivud filmlərində bizə “bunu etmə” deyilib. İndi hamı bunu edir… Neyron şəbəkələrin bəşəriyyəti əsarət altına aldığı filmlərə baxmamısınızmı?”, – E.Şiran sual edib.

Bununla yanaşı, müğənni musiqi yazmaq üçün neyron şəbəkələrdən necə istifadə oluna biləcəyini anlamadığını etiraf edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir