Dünya

Livanda “Barbi” filminin nümayişi qadağan olundu

Sharing is caring!


“Hizbullah” Partiyasının hökumətdəki təmsilçisi, Livanın mədəniyyət naziri Məhəmməd Mortadu “Barbi” filminin ölkə kinoteatrlarında nümayişinə qadağa qoymaq qərarına gəlib.

Nazir filmin homoseksuallığı təbliğ etdiyini, dini və əxlaqi dəyərlərə zidd olduğunu, ailənin əhəmiyyətini aşağı saldığını bildirib.

Nazir ənənəvi olaraq ölkədə senzuraya cavabdeh Ümumi Təhlükəsizlik Xidmətindən filmin kinoteatrlarda nümayişinin qarşısını almaq üçün lazımi tədbirlər görməyi xahiş edib.

Qeyd edək ki, film daha əvvəl Vyetnamda qadağan edilmişdi.

Mənbə: news.co.il

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir