İdman

Messi hiylə işlədərək cərimə zərbəsindən qol vurdu – VİDEO

Sharing is caring!


Amerikanın “İnter Mayami” klubunun argentinalı futbolçusu Lionel Messi Liqa Kubokunun 1/8 final mərhələsində “Dallas”la oyunda cərimə zərbəsindən əvvəl futbol hiyləsinə əl atıb.

O, cərimə zərbəsindən topu tora göndərək hesabı bərabərləşdirib – 4:4.

Hadisənin tribunadakı azarkeşlərdən biri tərəfindən çəkilən və sosial şəbəkələrdə yayılan görüntüləri isə müzakirələrə səbəb olub. Belə ki, kadrlarda Messinin topun mövqeyini bir neçə dəfə dəyişməsi, onu sola keçirməklə qol şansını artırması əks olunub.

Qeyd edək ki, “İnter Mayami” məhz bu qol sayəsində mübarizəni davam etdirmək şansı qazanıb və sonda penaltilərlə qalib gələrək 1/4 finala yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir