Dünya

Selçuk Bayraktar: “Azərbaycanda “Bayraktar”ların kəşfiyyat və müşahidə qabiliyyətini bütün dünya gördü”

Sharing is caring!


“Azərbaycanda “Bayraktar”ların kəşfiyyat və müşahidə qabiliyyətini bütün dünya gördü”.

Bunu “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Türkiyə mətbuatına verdiyi yeni açıqlamada söyləyib.

O bildirib ki, PUA-ların əsas uğuru məhz müşahidə imkanlarıdır.

Selçuk Bayraktar sözünün davamında bildirib ki, indiyə qədər 600 mindən çox uğurlu uçuş həyata keçirən “Bayraktar TB2” Türkiyənin ən uzun uçuş edən milli təyyarəsidir.

Selçuk Bayraktar əlavə edib ki, Ukrayna ordusu “Bayraktar TB2”nin xidmətindən hələ də aktiv şəkildə istifadə edir.

Mənbə: Savunmasanayist.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir