İdman

Britaniyalı səfir: “Futbolçuların oyuna olan sevgisi və fədakarlığını tribunada hiss edirdim” – FOTO

Sharing is caring!


“Böyük Britaniya minatəmizləmə əməliyyatlarında Azərbaycanla sıx əməkdaşlıq edir”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün “Twitter” səhifəsində yazıb.

Ötən gün Bakı Olimpiya Stadionunun minifutbol meydançasında amputant futbolçular arasında keçirilmiş oyunu izləyən diplomat sosial şəbəkə hesabında paylaşım edib.

“ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə AFFA-nın keçirdiyi minadan zərər çəkən şəxslərdən ibarət komandaların oyununu izlədim. Futbolçuların oyuna olan sevgisi və fədakarlığını tribunada hiss edirdim”, – F.Auld vurğulayıb.

Qeyd edək ki, AFFA və Azərbaycan Minatəmizləmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir