Kriminal

Vətəndaşı rüşvət verməyə təhrik edən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Sharing is caring!


Vətəndaşı rüşvət verməyə təhrik edən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Feyruz Əhmədovun kənd təsərrüfatı təyinatlı texnika almaq istəyən şəxsə məxsus 48 min manatdan artıq pulu Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin yüksək vəzifəli şəxslərinə rüşvət qismində verilməsi adı ilə ələ keçirməsinə və bu hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Feyruz Əhmədova Cinayət Məcəlləsinin 32.4, 312.1-ci (vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir