Dünya

Buryatiyada gənclər avtomobilin kapotunun üstündə yüksək sürətlə gedib – FOTO

Sharing is caring!


Buryatiyada (RF) yol kamerası bir qrup gəncin təhlükəli yol hərəkətini qeydə alıb.

Məlumata görə, iyulun 30-da səhər tezdən Baykal bölgəsində sürücüsü Ulan-Ude-Turuntayevo-Kurumkan-Novıy Uoyan şossesi ilə 129 kilometr/saat sürətlə hərəkətdə olan “Toyota Mark 2” kameranın obyektivinə düşüb.

Yol müfəttişlərinin diqqətini gənclərin avtomobilin kapotunda təhlükəli səfərə çıxması cəlb edib. Buryatiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomobilin iki sərnişini nəqliyyat vasitəsinin gövdəsindən yapışıb, sürücü isə regional magistral yol ilə yüksək sürətlə hərəkət edib.

Avtomobilin sahibi – 21 yaşlı Ulan-Ude sakini ilə bağlı sürət həddini pozduğuna və sərnişinlərin daşınması qaydalarına laqeyd yanaşdığına görə inzibati materiallar tərtib edilib.

Mənbə: baikal-daily.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir